Çətin gününüzdə əhvalınızı yüksəldəcək bir yazı...

Sadəcə baxmayın, görməyə cəhd edin..!
1. Dünyada ən az 2 nəfər sizi uğrunuzda öləcək qədər çox sevir...
2. Dünyada ən az 15 nəfər sizi uğrunuzda ölməsə də sizi sevir...
3. Biri sizin kimi ola bilmədiyi üçün sizə çox həsəd aparır...
4. Sizin bircə gülümsəməniz, sizə baxan bir çox simanı işıqlandırır...
5. Hər gecə biri mütləq yuxuya getmədən əvvəl ağlından sizi keçirir...
6. Biri üçün dünyalardan daha qiymətlisiniz...
7. Siz olmadan yaşaya bilməyən ən az 1 insan var...
8. Siz sahib olduğunuz bütün xüsusiyyətlərinizlə bənzərsiz və təkrarolunmazsınız...
9. Varlığından xəbəriniz belə olmayan biri, sizi sevir...
10. Dünyanın ən böyük səhvini belə etsəniz, mütləq bundan sizə yarayacaq bir şey çıxar...
11. Bütün dünyanın sizə arxasını çevirdiyini düşündükdə, ətrafınıza bir baxın... Bəlkə də kürəyini dönən sizsiniz?
12. Bir şeyi əldə edə bilməyəcəyinizi düşünsəniz ona əsla sahib ola bilməzsiniz. Amma özünüzə inanırsınızsa gec və ya tez istədiyinizi əldə edərsiniz.
13. İnsanlar yalnız xoş sözlərini və təriflərini ağlınızda tutun, kobudluqlarını unudun.
14. Hər zaman insanlara onlarla əlaqədar nə hiss etdiyinizi söyləyin. Bilmələrini təmin etdikdə özünüzü daha yaxşı hiss edəcəksiniz.
15. Həqiqətən unikal bir yoldaşa sahib olduğunuza inanırsınızsa, bunu dərhal, indi ona söyləyin.
motivasiya.com