Öyrəndiyiniz şeyi 40 saniyəyə yadda saxlamağın yolu

08 Aralık 2015
1 844
3
Öyrəndiyiniz şeyi 40 saniyəyə yadda saxlamağın yolu
Öyrəndiyiniz şeyi 40 saniyəyə yadda saxlamağın yolu

Öyrəndiyiniz şeyi 40 saniyəyə yadda saxlamağın yolu

Siz yeni informasiyanı necə yadda saxlayırsınız? Əzbər öyrənirsiniz ya vaxtaşırı təkrarlamaqla yaddaşınızda həkk etməyə çalışırsınız? Son tədqiqatlar göstərib ki, uzunmüddətli yaddaş yaratmaq üçün, insana 40 saniyə və bir neçə hiyləgər həmlə kifayətdir.

Təkrarlamağın hər hansı bir məlumatı yadda saxlamaq üçün olan faydası hər birimizə məlumdur. Eynilə təməl biliklərimizə əsaslanaraq, çətin məlumatları yadda saxladığımız kimi. Lakin çox az insan aktiv təkrarlamanın həqiqi faydasından xəbərdardır.

Sussex Universitetinin neyropsixologiya doktoru Chris Bird insan yaddaşının imkanlarını araşdırdığı, xüsusilə də yeni informasiyanın yadda saxlanılması üzərində çalışdığı tədqiqat işini nəşr edib. Təcrübə əsnasında iki eksperiment keçirilmişdi. Könüllülərdən ibarət qrupa 26 videoyazı göstərilmişdir. Qrupun bir hissəsi ekranda gördeklərini 40 saniyə ərzində təkrarlamalı idi. Bunu səsli şəkildə, danışaraq və ya fikirlərində – heç bir söz demədən edə bilərdilər. Birinci eksperimentdən 2 həftə sonra qrupdakı insanları yenidən yığır və videoda gördüklərini təkrarlamalarını istəyirlər. Videoya baxdıqdan dərhal sonra, öz sözləriylə videonu təsvir edənlər, gördüklərini aydın şəkildə xatırlaya bilir və hətta bəzi xırdalıqları da xatırlayırdılar. Ekranda gördüklərini təsvir etməyən insanlar isə, heç nə xatırlaya bilmədi. İkinci eksperiment əsnasında isə, iştirakçılar MHİ-dən keçirilirlər. Prosedur zamanı onlardan iki həftə əvvəl baxdıqları videoları xatırlamalarını istədilər. Nəticədə müəyyən edilmişdir ki, təkrarlama zamanı arxa beyin aktivləşir.

Lakin hər şeydən əhəmiyyətlisi odur ki, uzunmüddətli yaddaşın yaradılması çox az əziyyət tələb edir. Əgər sizin gözləriniz qarşısında təsvir, mətn və ya video mövcuddursa, onu ilk əvvəl yaxşıca öyrənməli, sonra səsli təkrarlamaı və özünüzə hal-hazırda nə öyrəndiyiniz 40 saniyə ərzində təsvir etməlisiniz. Daha yaxşı olar ki, bunu hər hansı bir şeyi öyrəndiyinizdən dərhal sonra edəsiniz. Bu sizə həmin şeyi kifayət qədər tez və dəqiq xatırlamağa kömək etmiş olacaq.

Doktor Bird həmçinin də qeyd edir ki, bu texnika fövqəladə və eksperimental hadisələr zamanı da işləyir. Məsələn, hər hansı bir yol nəqliyyat hadisəsi zamanı bu üsulla qəzanı törətmiş avtomobilin nömrəsini yaddaşda həkk etmək mümkündür.


Öyrəndiyiniz şeyi 40 saniyəyə yadda saxlamağın yolu

pahoo.az
f
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 12 Aralık 2015 17:50
    xeber egore tesekkurler
  2. AgoRa.
    Maraqli xeberdi oxudum tesekurler melumat ucun
  3. Xeyale_Oo
    Maraqli idi tewekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.