Pop musiqi beyinə faydalıdır

22 Aralık 2015
1 648
1
Pop musiqi beyinə faydalıdır
Pop musiqi beyinə faydalıdır

İngiltərəli elm adamları pop-musiqi dinləyənlərin musiqinin digər növlərini sevənlərdən daha ağıllı olduqlarını müəyyənləşdiriblər.

Araşdırmanın rəhbəri, psixoloq Emma Qrey pop-musiqinin insan beynini, sözün əsl mənasında, oyaq saxladığını qeyd edib. Onun sözlərinə görə, Mayli Sayrus, Keti Perri və Castin Timberleyk kimi ulduzların mahnılarını dinləmək beyin üçün faydalıdır:


"Bu tip mahnılar beyni oyaq saxlayır, diqqəti artırır, insanın ətraf mühiti qavrama sürətini artırır".

Araşdırmada iştirak edən tələbələrdən pop-musiqiyə qulaq asanların ingilis dili və incəsənət dərslərində, klassik musiqi dinləyənlərin isə riyaziyyatda daha aktiv olduqları müşahidə edilib.

Qeyd edək ki, bundan öncəki araşdırmalarda klassik musiqi dinləməyin insan zəkasına müsbət mənada təsir etdiyi aşkarlanmışdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 22 Aralık 2015 22:52
    Mahni menim ucun vazkecilmezdir.her gun mahni dinleyirem..tesekkurler. 12
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.