Əsl Şəki pitisi - Foto resept

24 Aralık 2015
11 438
0
Əsl Şəki pitisi - Foto resept
Əsl Şəki pitisi - Foto resept
Şəki Pitisi Azərbaycan mətbəxinin incilərindəndir. Amma onun Şəki üsulu, əsl bişirilimə qaydasını çoxları bilmir.

Günəş xanımın bizə göndərdiyi əsl Şəki pitisi reseptini şəkilləi ilə bir yerdə sizə təqdim edirəm.

Tərkibi: 400qr yağsız qoyun əti, iri bir baş soğan, bir orta ölçüdə quyruq, gözə yarı noxud hardasa 100-200qr, gavalı, duz. Şəki pitisində kartof olmur.
Əsl Şəki pitisi - Foto resept
Hazırlanması:

Axşamdan suya noxud qoyulur. Piti səhər nə qədər tez qoyulsa axşama kimi o qədər çox və tam yumşaq bişir. Əvvəl piti qablarinin sayına uyğun paylaşaraq, 1/4ə qədər şişmiş noxud tökülur. s

Sonra çox ince doğranmış soğan, daha sonra kub şəklində doğranmış ət qoyulur. Ətin üstündən 1-2 kub şəklində quyruq ve 1-2 gavalı qurusu qoyulur. Üzəri örtülənə kimi qaynanmış su tökulur, zövqə görə duz əlavə edilir ve bişməyə qoyulur.

Əsl Şəki pitisi - Foto resept

Piti qablarını qazda bişirmək uçun ən yaxşısı altlarına çuqun tava ya dəmir lövhə qoyulur. Orta xodda axşam hardasa 6 ya kimi bişirilir. Kəf gəldikcə az - az ehmalca alınır . Suyu azaldıqca qaynanmış su əlavə edilir.
Əsl Şəki pitisi - Foto resept

Əsl Şəki pitisi - Foto resept

Əsl Şəki pitisi - Foto resept

Yeyilmə qaydası:

Piti həm duru həm quru yemək növü sayılır. İlk öncə dərin boşqaba az miqdar çorək doğranır.

Əsl Şəki pitisi - Foto resept

Sumaq səpilir ve piti qabından ancaq suyu tökülür boşqaba. Qarişdırılır ve yeyilir. Amma suyun hamısı yox, müəyyən qismi. Bu sulu yemək sayılır.
Əsl Şəki pitisi - Foto resept

Yeyilib qurtardıqdan sonra piti qabı az qalan suyu ve tərkibi ilə tam boşaldılır boşqaba.

Əsl Şəki pitisi - Foto resept

Çəngəl köməkliyi ilə yaxşı əzilir (tam püf kimi bişdiyinə görə) sumaq səpilir. Yaninda zövqə görə sumaqla ovuşdurulmuş soğanla yeyilir.

Əsl Şəki pitisi - Foto resept

Əsl Şəki pitisi - Foto resept

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.