Arzu edirəm ki,bu yeni ildə

27 Aralık 2015
2 636
2
Arzu edirəm ki,bu yeni ildə
Arzu edirəm ki,bu yeni ildə
Arzu edirəm ki,bu yeni ildə
Düşündüm bura bir şey yazmalıyam, çayımı süzüb masama oturdum, sonra düşünməyə başladım ki, qarşımdakı boş səhifəyə hansı cümlələri sığışdıra bilərəm deyə. İlk başdan ağlıma yazılması lazım olan bir mövzu gəlmədi. Sonra çölə çıxıb biraz hava aldım, küçədəki ağacların, elektrik dirəklərinin, yolların, iş yerlərinin bəzəndiyini fərq etdim. Bir neçə gündən sonra yeni il gələcəkdi.Və mənə yazmağım lazım olan bir mövzu gəldi.Yeni il nə dəmək? yeni ümidlər, yeni eşqlər,yeni həyəcanlar, yeni acılar deməkdir. Bəli, hamısı bu yeni ildə başımıza gələ bilər və gələcəyini ümid edirəm.Bəzən həyatını qaydasına salmaq üçün, keçmişini unutmalıdır insan...Amma bəzəndə heç unutmamalıdır,elədiyi səhvləri təkrarlamamaq üçün...Demək istədiyim odur ki, sən səni üzən insanları bu yeni ildə unut, amma çəkdiyin acıları əsla unutma... Bunuda unutma ki, yeni bir eşqə qəlbinin qapılarını açmamışdan əvvəl iki dəfə düşünməlisən.Bizlər bəzən bəzilərinə qarşı çox gücsüz oluruq, onlara tez bağlanırıq, dillərindən düşən hər sözə çox önəm veririk, ona görə də canımız yanır.Amma artıq belə olmasın.Yeni il yeni həyatının bəhanəsi olsun. Unutma, heç kimsə səndən daha dəyərli deyil. Ətrafına bir bax, zamanında çok dəyər verdiklərin, indi görə bilməyəcəyin qədər çox uzaqdadırlar.Ona görə təkcə özün üçün yaşa, bir başqası üçün deyil..

Arzu edirəm ki, bu yeni ildə səhərlər oyandığında həyat yoldaşını yanında görəsən. Arzu edirəm ki, bu yeni ildə layiq olduğun qədər içdən gülümsəyəsən... Arzu edirəm ki, bu yeni ildə gözlərini açdığında bütün acılarını unudasan... Arzu edirəm ki, bu yeni ildə göz yaşların sevincdən axsın.. Arzu edirəm ki, bu yeni ildə xəyalların gercəkləşsin... Arzu edirəm ki, bu yeni ildə başını yastığa rahatlıqla qoyasan.. Arzu edirəm ki, bu yeni ildə günəş hər sabah sənin üçün doğsun. Arzu edirəm ki, bu yeni ildə səni üzən axmağın axıtdığı göz yaşının heç bir damlasının layiq olmayacaq qədər dəyərsiz olduğunu anlayasan. Arzu edirəm ki, bu yeni ildə xəstəxanaya sadəcə birilərini ziyarət etmək üçün gedəsən.. Arzu edirəm ki, bu yeni ildə hər günə yuxunu tam alaraq başlayasan.. Arzu edirəm ki, bu yeni ildə qarşına səni ağladanlar deyil, gülümsəmənə səbəb olacaq insanlar çıxsın... Arzu edirəm ki, bu yeni ildə hər sabah telefonunda "Sabahın xeyir dəyərlim” mesajını oxuyasan... Arzu edirəm ki, bu yeni il sənin YENİ İLİN olsun...Yaşamaq gözəl, yaşamaq bir uşağın gülüşü qədər çox gözəl... Arzu edirəm ki, bu yeni ildə bunun fərqinə varasan...Xəyalını qurduğun hər şey səninlə olsun,sənin olsun...
Arzu edirəm ki,bu yeni ildə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox sag olun paylawim ucun:))) ellerinize sagliq))
  2. alara
    • alara
    • 27 Aralık 2015 15:15
    arzu ediremki bu yeni ilde sevgilime qovusub itirdiyim insanlari geri qaytarim menm uu yei il yoxdu olmadida kecmis ayaqimdan yapisib addimlaya bilmiremki yeni gune heyata insanlara ile kecim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.