"Bir gün ölmək istəyirəm" - Şeir

25 Mayıs 2020
6 627
0
"Bir gün ölmək istəyirəm" - Şeir


"Bir gün ölmək istəyirəm" - Şeir
Bir gün ölmək istəyirəm.



Elə bu gün, elə indi.
Ümidim sənədir yaradan.
Sənə ümid bəsləyirəm,
Bu gün ölmək istəyirəm.
Ağır olsun, amma olsun
Vücudumda yara qalsın
Dərin-dərin yaralar.
Bəlkə "ölüm" bu dünyadan məni biraz aralar.
Ölüm bir neçə gün, gəlmiyim daha.
Nə dünənə ümid var, nədə sabaha.
İcazə ver oda ölsün
Ümid ölsün, qana dönsün.
Cıxsın mənim vücudumdan.
Axsın mənim yanağımdan.
Gilə-gilə,
Yavaş-yavaş.

Son ümidlə gözləyirəm,
Bu gün ölmək istəyirəm.
Ani olsun, gözləmədən,
Gəlişini izləmədən.
Birdə görüm ölmüşəm mən,
Ölümümü görmüşəm mən.
Öz üzümdən, sol gözümdən,
Çıxsın ölüm.
Dəhşətli bir ağrı ilə,
Bədənimi yıxsın ölüm.
Bilm acının qədrini,
Ölən bacımın qədrini.
Görüm o nə ağrı çəkib?
Nəyim əksik o bacımdan?
Məndə ölüm qoy acından

İlahi...
Kəndir hörüb öz saçımdan
İlahi...
Quma dönüm, ya quş olub uçum mən.
Bu dünyadan ölə-ölə qaçım mən.
Ölmək haqqsa, məni öldür
İlahi,
Ölmək hissin mənə bildir
İlahi.
Deyəsən Tanrı eşitdi səsimi,
Alır məndən, yavaş-yavaş nəfəsimi.
Var ol Tanrı, şükür sənə hər zaman.
Elə-elə ölümü bir sevgi sanam
Qoyma ağlasın,
Nə vaxtsa görsən gözü yaşlı anam.
Məni bağışla İlahi!

Ölürəm indi?
Ölürəmsə bunu bilmək istəyirəm
Nə sabah, nə biri gün,
İndi ölmək istəyirəm.
Bu gün ölmək istəyirəm.
Sənə gəlmək istəyirəm...
İlahi!



- Süleyman Əliyev
Əvvəlki Xəbər