Müasir zamanda öz yarınızı harada tapa bilərsiniz?
Şəhərlər böyüdükcə, şəhər əhalisinin sayı da getdikcə artır. Ev, iş, internet, dostlarla bar və ya kafelərə nadir gedişlərimiz. Və hardasa bu tələsik həyatın içində qismətin səni gözləyir. Lakin hər kəs bu izdihamın arasında öz qismətini tapa bilmir. Bəs müasir zamanda insanlar öz yarlarını necə tapa bilər? Sən demə, elçiliyin qədim üsulları yüksək texnoloji üsullarla yanaşı sülh içində yaşayır.
Müasir dünya tanış olmağın müxtəlif üsullarını təqdim edir. Ən konservativdən tutmuş – bəziləri hələ də valideynlərinin, qohumlarının köməyi ilə tanış olur - ən müasir üsullara kimi – "sürətli görüş”, tanışlıq saytları vasitəsi ilə. Bəs həyat yoldaşınızla tanış olmaq üçün ən böyük ehtimal Sizi harada gözləyə bilər – ailə dostları ilə şam yeməyində yoxsa İnternetdə? Ailə cütlükləri arasında keçirilən sorğu maraqlı qanunauyğunluqlar göstərdi. Sən demə, köhnə tanışlıq üsulları hələ də öz gücünü itirməyib.
Beləliklə, ən uğurlu "nigah” tanışlıqları dost-tanışların əhatəsində baş verir. Burada həm ümumi maraqlar, həm bir-birinizi daha yaxından tanımaq fürsəti var. Müxtəlif məlumatlara görə, gələcək ər-arvadın 25-35 % ümumi kompaniyada baş verib.
İkinci yerdə isə internetdə baş verən tanışlıqlar qərarlaşıb (15-25 %).
İnternetdə bir çox tanışlıq saytları mövcud olsa da, əksər cütlüklər müxtəlif tematik qruplarda və forumlarda tanış olur. Bu da bu cür tanışlıqları dostların əhatəsində tanışlıqlara bənzər edir.
Təhsil müəssisələri ənənəvi olaraq yaxşı "nigah agentliyi” sayılıb – oradakı insanlar da münasibdir, potensial ər-arvadın maraqları da eynidir. Hələ 10-15 il bundan əvvəl qohumlar xanımlara "Orada özünə yaxşı ər tapacaqsan” xeyir-duası ilə texniki universitetlərə qəbul olunmağı tövsiyyə edirdilər: Lakin indi bu üsul öz aktuallığını itirir. Bəlkə də ona görə ki, müasir gənclər tələbə dövründə deyil, daha kamil yaşda evlənməyə üstünlük verirlər. Ailə cütlüklərinin yalnız 10-15 % universitetdə tanış olduqlarını söyləyir.
Daha nadir hal - məktəb sevgisi və ya dostluğunun evliliyə çevrilməsidir.
Təəccüblü səslənsə də, iş tanışlıqları da ailə quran cütlüklər arasında çox az yer tutur. Görünür, "xidməti eşq macərası” çox əziyyətli işdir. Bəlkə də, insanlar bir-birilərindən bezməmək üçün gələcək həyat yoldaşları ilə eyni idarədə çalışmaq istəmir?
Ailə qurmaq üçün ən az uğurlu tanışlıqların arasında təsadüfi görüşlər də yer alıb – küçədə, kafedə, konsertdə, və s. Talehin təsadüfən birləşdirdiyi xoşbəxt cütlüklər cəmi 5-7% təşkil edir.