Heç Düşündünmü Sənə Bir Dəfə Verilən Bu Həyatda
Bəzən 1 arzu ilə yaşayarsan,o arzu
uğrunda nələr etməzsən, o arzuya
çatacağın günü gözləyərsən...
Amma anlamazsan sən o arzunu
arzuladığın kimi sənin də ömür payını
"arzulayan" biri var... Anlamazsan o arzuların yarımçıq
qalacağından... Bəzən bilməzsən sənin
üçün dəyərli olan azadlığının
qərdin,azadlığ içində özünə bir azadlıq
axtarasan...
Amma anlamazsan sən axtardığın yox, sahib olduğun ancaq duya bilmədiyin o
azadlığın bir saniyəsinə möhtac olanlar
var... Bəzən ömründən su kimi axıb gedən
illərin qədrin bilməzsən,hər gününü
sabahlara satarsan...
Sabah istədiklərinə qismən də olsa nail
olacağını düşünərsən...
"sabahları" "sabahlara" sata-sata yaşıyarsan... ... və bir gün gəlib çıxar o
"sabah" səninçün,amma artıq hər şeyin
çoox gec olduğun anlayarsan...
anlayarsan ki arzularına nail olmaq
üçün sabahları gözləmək çarə deyilmiş.
Bəzən həyatının elə bir anı gələr ki qorxarsan əməllərindən, etdiyin
yaxşılıqlarla qürur duyarsan...
yaxşılıqlarının pisliklərindən ağır
gələcəyini düşünərsən... Amma
anlamazsan günah kimi
düşünmədiklərinin bədəlini illərcə əzablar içində ödəyəcəyindən... Bəzən
sahib olduqlarının qədrin
bilməzsən,Amma anlamazsan sən
qədrin bilmədiklərinin illərcə həsrətin
çəkənlər var... (qəribə həyatdı deyilmi...
bir ailə uşaq səsinə həsrət qalarkan,başqa bir ailə yeni doğulmuş
körpəsin uşaqlar evinə atır...) Bəzən
uşaqlıq arzularına gülərsən...amma
anlamazsan o arzuların zamanında
səninçün nəqədər şirin olduğundan...
həyat istədiyin şeyi,istədiyin zaman sənə versə maraqsız olmazmı o istək...?
Bəzən səni yaşadan səninçün döyünən,
səni həyata bağlayan bir ürəyin...sənə
tabe olmadığın anlayarsan... Bəzən ölər
ümidlərin,qırılarsan həyatdan...bu
uğursuzluqla hər şeyin bidiyini sanarsan...Bəzən itidiklərini,sahib ola
bilmədiklərini sənə geri gətirəcək
nəyisə axtarasan...
Amma bir gün gələr anlayarsan ki nə
yazıq ki qayıtmayacaq o gedənlər...Susu
z bir səhra ilə gedən səyyah suyun şırıltısının səsin eşidib onu tapa
bilmədiyi kimi,sən də axtaracaqsan o
itirdiklərini amma tapa bilməyəcəksən!
Bəzən .... YOX bunu yazamayacağam!!! SEVGİ
deyilən bir hissdən uzaq yaşamaq
günah deyilmi sizcə...
dəyərimizi bilməyən birinin
ümidsizliyinə qapılıb sevgidən məhrum
olmayaq... Həyatla mübarizə aparmaq əvəzinə "ağ
bayraq" qaldırıb həyata təslim olaqmı?...
YOX,ƏSLA Ümid edək ki zamanında yetişə
bilmədiyimiz o "xoşbəxtlik qatarı"
bizim üçün yenidən gələcək...
Heç düşündünmü sənə bir dəfə verilən bu
həyatda xoşbəxt olmaq sənin də
haqqındı, unutma ki bəzilərinin göz yaşları üzərində qurulan
hər xoşbəxtlik, vaxtı gəldiyində ən
dözülməz acılarla öz intiqamını alır...
ॐ๑♥๑ॐTuran ॐ๑♥๑ॐ