Dəb halını almış xəstəlik "Depressiya"

17 Şubat 2016
1 640
2
Dəb halını almış xəstəlik "Depressiya"
Dəb halını almış xəstəlik "Depressiya"

Dəb halını almış xəstəlik "Depressiya"

Əgər bir insan çox danışırsa deməli az düşünür. Çox susursa ya deyəcək sözü yoxdur yada düşünəcək çox şey vardır.
Sizcə haqqımız varmı bu qədər qəmlənməyə? Yəni dünyada bu qədər insan acından öldüyü bir vaxtda.
hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən tələf olur. 850 milyon insan isə yarımac yaşayır.
Əgər sənin 6 ay ömrün qalmış olsaydı 3 ay ömrü qalmış birinə baxıb sevinərdinmi? Nə fərqi var axı ikinizdə ölürsüz. Mən heçvaxt daha pis vəziyyətdə olanlara baxıb öz vəziyyətimin üstünlüyünü duymamışam. "Afrikada kimsə ölür? Hə işə bax oda sürünür məndə"
Qəm və depressiya indi çox dəb halına gətirilir.
Öz tənbəlliklərinin adını depressiya qoyurlar. Unutmayınki depressiya ciddi xəstəlikdi və bəzən xroniki hala çevrilir. Depressiyadakı insanlar küçədə "cool" şəkildə gəzib, xoş vaxt keçirə bilmiyəndə yada istədikləri alınmıyanda oturub həyata isyan qopardanlar deyillər. Ah bu Aygün Kazımova hamısı onun günahıdı. O vaxt "depresyondayım,unutuldum aldatıldım" mahnısı bizim jenerasyonu bu dəbə meyl etməyə sövq elədi. Xeyli sağlam insanlar düşük ruh hallarını depressiya adlandırmasınlar. Ruhi xəstəxanadakı paçientlər inciyər:)
Bunun da üzərinə sosial şəbəkələrdə "Melanxoliya" " Həyatım error verdi" stilli səyfələr ,qruplar açılır.
Ay qardaş hərşey bir qırağa qalsın damarını kəsib şəklini WhatsAppa qoyan görmüşəm. Niyyətiniz nədir sizin deyəsim var. Belə olanda havalımı görünürsüz yəni? Əgər işə yarayırsa deyin bizdə eliyək. Qısaca bütün bunlar qısaca yeniyetmələrin diqqət cəlb etmək metodudur. Valiedeynlərində yaxınlarından qayğı görə bilməyən uşaqlar çarəni açıq isyanda görür. Bu bir növ "baxın mənim vəziyyətim pisdi biraz maraqlanın mənimlə lan" demək tərzidir.

Dəb halını almış xəstəlik "Depressiya"




RƏYLƏR
  1. Bella
    • Bella
    • 23 Şubat 2016 23:13
    Xəbərdə yazılan fikirlərlə tam razıyam . Bu depressiyanı insanlar doğurdan da dəb halına gətiriblər. Əgər insan çətinliyə düşürsə, bunu nəyə görə depressiya adlandıraq? Yaxud da iradəsizlik ucbatından depressiyadan çıxış yolu tapmaq əvəzinə xoşagəlməz işlərə əl atırlar. Təbii ki, bunlar çıxış yolu deyil. Düzdür , həyatda kimsə heç nədən sığortalanmayıb. Ancaq bu bizim iradəmizi, mənəvi gücümüzü itirməyə dəlalət vermir. Buna görə də Allah hər kəsə güclü iradə nəsib etsin. Çünki iradəli olmaq bizi depressiya kimi hallardan uzaqlaşdıra bilər. Xəbər isə çox xoşuma gəldi. Ona görə ki, burda yazılanlar mənim demək istədiklərimdən xəbər verirdi. Təşəkkürlər ))))
  2. allah bendesi
    heqiqeten helediye indi necesen sualinin cvbi depresiyadayam yaxşi deyilem olur..colde yaşayanlara baxib halimiza şukur etmekden ozumuz ozumuzu pis olmaga cekirik..ozumuze bele deyimde xestelik diaqnozu qoyuruq...o da dogrudur daha cox genc nesiller beledir diqqet cekmek isteyirler..teşekkur maraqli xeberdir ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.