Mənfəətə söykənən dostlar

02 Nisan 2016
1 743
1
Mənfəətə söykənən dostlar
Mənfəətə söykənən dostlar

Mənfəətə söykənən dostlar

Bir çox insan qəbul etmək istəsə də, bəzi əlaqələrdə, insanların beyinlərində bir mənfəət gözləməsi olar. Bəzi insanlar, özlərinə mənəət təmin edə biləcəklərini ümid etdikləri bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı, "sevgi" hesab edərlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan, bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduğu "ehtiraslı bir həvəsdir". Necə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi, bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişər. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün, ən çox həyəcan varlı adama qarşı duyular. Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, bu hiss sevgi deyil, yalnız dünya malına qarşı duyulan bir ehtirasdır. Varlı olan bir adamın əxlaqi xüsusiyyətləri bu dünyagörüşünə sahib olan insanlar üçün əhəmiyyət daşımaz. Bu səbəbdən əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, mənfəətçi, qeyri-səmimi olsa belə, təkcə varlı, ya da şöhrətli olması bu adama maraq göstərilməsi üçün kafi olar.
“allahla bağladığınız əhdi ucuz satmayın. allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!„ (Ən-Nəhl Surəsi, 95)

Bəzi insanlar isə, özlərini əyləndirən insanlarla birlikdə olmaq istəyərlər və "mənimlə yoldaş olacaq adamın məni güldürə bilməsi lazımdır" kimi şərhlər edərək bunu etiraf edərlər. Bu səbəbdən bu yaxınlıq da sevgiyə söykənən deyil, yalnız bir mənfəət gözləməsindən ibarətdir. İnsanın, nəfsi gülmək istədiyi üçün özünü güldürəcək biriylə birlikdə olmaqdan zövq alması, onu sevdiyi mənasını verməz. Lakin bir çox adam mənfəət əldə etməkdən duyduğu bu rahatlamağı sevgiylə qarışdırar və bu insanı çox sevdiyini iddia edər.

“allahı qoyub elə bir şeyə ibadət edərlər ki, heç bir dəlil nazil etməmişdir. Və ona dair heç bir biliyi də yoxdur. Zalımlara heç bir yardım edən olmaz„. (Əl-Həcc Surəsi, 71)Bəzi kəslər də, gözəl insanlarla birlikdə görünməyin özlərinə etibar qazandıracağına inanarlar. Bu səbəblə yoldaş olmaq üçün gözəl insanları seçərlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətləri olar. Gözəllik olduqdan sonra, o insan üçün, bu adamın ağılının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mövzuları əhəmiyyət verməməsini, qarşısındakı adama duyduğu sözdə olan sevgiyə bağlayar. Halbuki bu sevgi, belə insanlar üçün, "bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm" mənasını daşımaqdadır. Gözəllik getdiyində geriyə qalan ruh isə, bu adam baxımından heç bir əhəmiyyət daşımaz. Qarşısındakı adam gözəl olduğu üçün, onun mərhəmətsizliyini, incə düşüncəli olmamasını, ya da insanlara qarşı lağlağa etməsinə görməzlik edər.

Bəzi insanların ən əhəmiyyətli gördükləri mənfəətlərdən biri isə, öz ifadələriylə "həyat zəmanəti" əldə etməkdir. Bir çox insanın, gələcəyini zəmanət altına ala bilməmək, tək yaşamaq məcburiyyətində qalmaq, iqtisadi baxımdan möhtac vəziyyətə düşmək, xəstələndiyində özünə baxacaq birini tapa bilməmək kimi narahatlıqları vardır. Kimiləri, bu narahatlıqlarını məğlub etməyin ən bilinən və ən möhkəm yolu olaraq evliliyi görərlər. Bu səbəblə, belə xüsusiyyətlərə sahib olduğunu düşündükləri adama bağlanar və onu heç itirmək istəməzlər. Bu "gələcək qorxusu" üzərinə qurulan birliyi isə, çox vaxt gerçək sevgi zənn edərlər.

“Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi allaha şərik qoşmaq yaraşmaz. allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz„ (Yusuf Surəsi, 38)

Həyatları boyunca, bu adamın xoşlanmadıqları bir çox xüsusiyyətlərinə, yalnız bu narahatlıqları üzündən dözmək məcburiyyətində qalarlar. Qonşuları, ya da yoldaşları ilə dərdləşər, içərisində olduqları vəziyyətdən şikayətlənərlər, amma, soruşulduğunda yalnız mənfəət gözləməsiylə bağlandıqları həyat yoldaşlarını çox sevdiklərini söyləyərlər. Halbuki, Quran əxlaqına uyğun olaraq yaşanan gerçək sevgidə heç bir şəkildə qarşılıq gözləməsi olmaz. İnsan, qarşısındakını heç bir mənfəət gözləmədən, o adamda allahın təcəllilərini gördüyü üçün, böyük bir fədakarlıq və coşğu ilə sevər. Onun haqqında heç zaman mənfi danışmaz. Səmimi sevgisindən ötəri, ancaq onu tərifləyən, qoruyan danışıqlar edər. Ona qarşı heç bir zaman üçün zorakı bir dözüm içində olmaz, acizlikləri, ya da əskiklikləriylə qarşılaşsa belə, ona qarşı şəfqət və mərhəmət duyar, əskiklərini səssizcə, hiss etdirmədən bağlamağa çalışar, hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və şövqlə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.

Mənfəətə söykənən dostlar
Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    xeberi cox beyendim mence oxumaga deyer cox sag olun ellerinize sagliq 13
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.