Gülmək Feat.azlılara yaraşır

28 Ağustos 2015
3 219
11
Gülmək Feat.azlılara yaraşır
Gülmək Feat.azlılara yaraşır
1.Bütün gözəllik, zəka, ağıl, bir insanda cəmləşib, nəysə özümdən çox bəhs etdim səndən nə xəbər ?

2. Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.

3. İndi hər 100 nəfərdən 35-i yatır, 10-nu yemək yeyir, 25-i çalışır, 10-nu maşın sürür, 4-ü dərs edir və bir ağılsızda əlində telefon sms oxuyur.


4. Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.

5. Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.

6. Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.

7. Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.

8. Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.

9. Bir daha qumar oynamayacağıma mərcə girirəm.


10. Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.

11. Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətli keçərdi.

12. Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.

13. Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.

14. Hörmətli qulumuz, qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün, xahiş olunur borcunuzu ödəyəsiniz. -"Axirət Müştəri Xidmətləri"

15. Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir.

16.Sənə bir dənə oğlan tapmışam. Krasavçik !!! səni görüb, bəyənib. Şəxsi evi, maşını, təyyarəsi, hətta ekvatorial meşəsi var. O meşədə meymunluq eləməyə hazırsan?


17.Şəkilini çək İraqa göndər qoy görsünlər ki, müharibədən də dəhşətli şeylər var.

18.Sevgilim səni yaddaşmdan silə bilmirəm. Çünki səni yaddaşımdan silmək üçün AntiVirus proqramı lazımdı. Onu da heyf kəşf etməyiblər.

19.Sənə bir sual verəcəm amma fikirləş sonra cavab ver. Bananlar niyə topa halında bitir? Əgər bilmirsənsə gedim başqa meymundan soruşum.

20.İslanmaq istədim səninlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyük öküzsən, mən sənin yanında kiçik qarışqa.

21.Bir anlıq qış gecəsini təsəvvür et, üzərində qar dənəciklərinin naxış vurduğu pəncərəyə bax. Orda milçək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.

22.Sən ətirli bir bağda yaraşıqlı, əlvan rəngli, təravətli, əsrarəngiz bir çiçəyin yarpağına qonmuş dozanqurdusan.


23.Sənin ürəyinin açarını axtarırdım tapa bilmədim. Amma üzülmə çünki laqonda
almışam hazırlaş gəlim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.