Pirkolaş

03 Mart 2015
4 252
0
Pirkolaş
Pirkolaş
1. Sən 100% ağıllısan! Sən 100% gözəlsən! Sən 100% sevirsən! Sən 100% sevilirsən! Sən 100% xoşbəxtsən və 100% dəlisən ki, mənim dediklərimə inanırsan!

2. Mesajcell yenilik. Hər 10 000 manatlıq danışıq konturu alana bir cırıq qaloş, hər 50 000 manatlıq danışıq konturu alana yamaqlı corab, nəhayət hər 100 000 manatlıq danışıq konturu alana isə “Yeganə” şadlıq sarayında iki nəfərlik “XAş (sarımsaqlı)” hədiyyə. Xanacell telcelldən bir addım öndə.

3. Bir qız sənə ürəyinin açarını versə sevinmə! çünki o ürəyinin zamokunu dəyişdirə bilər.

4. Əgər canın sıxılırsa, gecə hər zamankındən qaranlıq görünürsə demək Elektro şitdən işıqlarınızı mən söndürmüşəm.

5. Bir alkaş mollaya deyir: Molla 1 dəli şeytan dəyir ki,: Tez molla dillənir. Bala şeytana uyma. Alkaş bir də deyir. 1 dəli şeytan deyir ki,: Tez molla dillənir. Bala şeytana uyma. Alkaş deyir. Molla şeytan deyir ki, mollaya 1 az pul ver. Molla: hə bala, arada şeytana da uymaq lazimdi.

6. Bu dəqiqə sizin telefonun düymələrindən əlinizə bir virus düşdü. Həmin virus sizə cənnət həzzi bəxş edir. Əgər siz indi gülürsünüzsə deməli bunu hiss edirsiniz və bundan yaman xoşunuz gəlir!

7. Sənə baxanda düşünürəm ki, Darvin düz deyib!

8. Deyirlər zooparkdan 3 meymun qaçıb, birini tutublar, biri qaçıb, biri də mənim mesajımı oxuyur.

9. Sevgilim gecələr səni hər düşünəndə Ağcaqanad fikrimi yayındırır.

10. Bağırsaq qurdları bağırsaq da yaşar, bağırmasaq da.

11. Gəlin görək: Isti marojnadan, soyuq peraşkidən!

12. Birindən soruşurlar işıq nə rəngdədir?: Qara. Sən niyə belə fikirləşirsən?: Işıq yanır ki, bilək nə rəngdədir?.

13. Deyirlər at insanin ən yaxın dostudur. Sən mənə atdan da artıqsan. Səni minib çapanda dünyanın ən xoşbəxt insanı oluram.

14. Mənimlə çilpaq-çilpaq danişma qaçib-qaçib aqzinin içində şpaqat açaram.

15. Sevgilimə ürək açdım, boks vurub yıxdı məni. Dizə qədər yerə batdım tros qoşub dartdı məni.

16. Bir gün bir qoca nənə taksiyə minir və çatdıqdan sonra sürücüyə 200 manat pul verir. Sürücü deyir bu nədi 200 manata taksi gedir? Nənə deyir day neyləyim bala 250 manatım olsaydı metroya minərdim.

17. Bir gün bir kişinin qaynanası itir. Arvadı hay küy salır. Kişidə gedir axtarmağa nəhayət. Gəlir muştuluğumu ver tapıldı. Arvadı hardadı?: Kişi: Morqda.

18. Insan öz əjdadları ilə fəxr edir. Meymun isə öz yetirmələri ilə.

19. Biz evdə su da gəlir, işıq da, qaz da. Amma deməyəcəyim harada qalıram, yoxsa bilərlər, gəlib kəsərlər.

20. Səhər yemək yeyə bilmirəm, çünki, səni fikirləşirəm. Günorta yemək yeyə bilmirəm, çünki, səni fikirləşirəm. Axşam yemək yeyə bilmirəm, çünki səni fikirləşirəm. Gecə yata bilmirəm, çünki acam.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.