Mən yenə sənə ağlayacağam

13 Şubat 2015
1 622
0
Mən yenə sənə ağlayacağam
Mən yenə sənə ağlayacağam

Yenə yuxusuaum ağılımda sən,
Sən bəlkə də yuxuların ən gözəlindəsən.
Gözümdə eşqimin həsrət keşiyi varkən,
Mən yenə sənə ağlayacağam.

Olmayan səhərlərdə,
Qoxuna hər həsrət qaldığımda,
Əllərin bir başqa əllərdə olduğunda,
Yar deyə başqalarını qucaqladığında,
Mən yenə sənə ağlayacağam.


İtirmənin ağrısını daşıyarkən ürəyimdə,
Sənsizliklə döyüş verdiyimdə,
Səssiz qışqırıqlarımda,
Sevdiyimi qışqıra bilmədiyimin kədəriylə,
Ürəyimə batmış xəncərlə yaşayarkən,
Mən yenə sənə ağlayacağam,


Arxanı dönüb getdiyində,
Məni bir başıma təkliyə itələdiyində,
Xoşbəxtliyi başqa bədənlərdə axtardığında,
Və mən yenə sənə ağlayacağam..
.


Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.