Qismətin qaradır gözlərin kimi.

03 Nisan 2015
1 605
0
Qismətin qaradır gözlərin kimi.

Qismətin qaradır gözlərin kimi.

Siz bir-birinizi lap dəli kimi
Sevirdiz Leylalar Məcnunlar kimi
Ayırdı sizidə amansız fələk
Qismətin qaradır gözlərin kimi
Qismətin qaradır gözlərin kimi.
Olmadı sevdiyin sənin yoldaşın,
Dərdini bölməyə yox bir sirdaşın,
Səni özgəsinə verdi qardaşın
Qismətin qaradır gözlərin kimi.
Qismətin qaradır gözlərin kimi.
Atavın evində çəkdin əziyyət,
Həyatın olubdu qaranlıq zülmət,
Sən çalış həyata eyləmə nifrət,
Qismətin qaradır gözlərin kimi.
Qismətin qaradır gözlərin kimi.
Yox bir tək səbəb gülsün gül üzün,
Belə bir həyatı seçmədin özün,
Dindirsəm heç bitməz fəryadın, sözün,
Qismətin qaradır gözlərin kimi.
Qismətin qaradır gözlərin kimi.
Ötdü bu cavanlıq axan sel kimi
Qırıldı ümidin qırıq bel kimi
Deyəcək bir misra sözüm var sənə
Zülfündə qaradır qismətin kimi


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.