Sənə öz eşqimi deyə bilmədim
Susdum... düşündüm .... güman eylədim
Gizlədim bu dəli sevdamı səndən,
Səbəbsiz, könlümə divan eylədim
Nə qədər varlığım cəhd etdi bilsən
İnadkar sükutu əyə bilmədim
Sənə öz eşqimi deyə bilmədim
Baxışım gizləndi gözdən utandı
Ürəyim titrədi sözdən utandı
Üz-üzə gələndə üzdən utandı
Atəşim bağırdı közüm ağladı
Bu nə üsyandır bilə bilmədim
Sənə öz eşqimi deyə bilmədim
Ürəyim titrədi sözdən utandı
Üz-üzə gələndə üzdən utandı
Atəşim bağırdı közüm ağladı
Bu nə üsyandır bilə bilmədim
Sənə öz eşqimi deyə bilmədim
Nələri gizlədi nələri qəlbim
Nələri səninlə bölmək istədim
Hər anın yerinə güçüm tükəndi
Hər fikrin sonunda bir təkcə səndin
Yolunda duman var silə bilmədim
Sənə öz eşqimi deyə bilmədim
Divanə könlümün ümüdü sənsən
Bu sirrli aləmi, duymazki çoxu
Bəlkə anlayasan, bəlkə biləsən,
Gözümdə bir dərya sözüm var oxu
Usandı nitqimnən dinə bilmədim
Sənə öz eşqimi deyə bilmədim
Bu sirrli aləmi, duymazki çoxu
Bəlkə anlayasan, bəlkə biləsən,
Gözümdə bir dərya sözüm var oxu
Usandı nitqimnən dinə bilmədim
Sənə öz eşqimi deyə bilmədim