Gedirəm

10 Eylül 2014
1 510
0
Gedirəm
Gedirəm


Sən olan şəhərdən, sən olan kənddən,
Sən olan dünyadan doyub gedirəm.
Hərdən ürəyini ovutmağınçün
Quru xatirələr qoyub gedirəm...

Indidən darıxma, hələ tələsmə,
Bir ömür günlərlə darıxacaqsan.
Pulunu itirən usaqlar kimi,
Məni bu yollarda axtaracaqsan.

Arxamca boylanma yollar boyunca,
Onsuzda ahların ötürür məni.
Ayrılıq məqamı iti addımlar,
Hər addim səsində bitirir məni.

Gedirəm, göz yaşım gözüm yandirir,
Bir xəlvət yer tapıb ağlamağımçün.
Bir nəfəs istərəm öləndən sonra,
Üzünə qapını bağlamağımçün.



Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.