Bu dünyanı dəyiş Ya Rəbb
Gedib Vətən, gedib torpaq. Bu dünyanı dəyiş Ya Rəbb. Nə xəbər var, nə də soraq, Bu dünyanı dəyiş Ya Rəbb. İnsanlıq da gözdən düşüb, Haqq, nahaqa pis ilişib. Zəmanəmiz cox dəyişib, Bu dünyanı dəyiş Ya Rəbb. Hörmət yox Ata, Anaya. Nahaq işlər gəlmir saya. Hörmət qalmayıb qocaya, Bu dünyanı dəyiş Ya Rəbb. Çoxu dindən uzağlaşır, Pis əməllə həddin aşır. Körpələr eşqdən danışır, Bu dünyanı dəyiş Ya Rəbb. “Qardaş” sevir öz bacısın, Çəkməyir vicdan acısın. İtirir arın,namusun, Bu dünyanı dəyiş Ya Rəbb. “Kişiciklər” qadınlaşır, Kişilərlə qucaqlaşır. Bəziləri oğraşlaşır, Bu dünyanı dəyiş Ya Rəbb. Əxlaqsızlıqlar çoxalır, Don’lar get gedə qısalır. Həya, ismət, ar azalır, Bu dünyanı dəyiş Ya Rəbb. Pul olub çoxunun yarı, Pula görə atır arı. Çirkinliklə yığır varı, Bu dünyanı dəyiş Ya Rəbb. Müsəlmanıq, birdi ayə, Ayırırlar bizi niyə? Din bölünüb sünni, şiə Bu dünyanı dəyiş Ya Rəbb. Əsər yoxdu ədalətdən, Nə deyim bu rəzalətdən. Adam ölür xəcalətdən, Bu dünyanı dəyiş Ya Rəbb. Çoxdur deyiləcək sözlər, Həqiqət görməyən gözlər. İtir tarixdə çox izlər, Bu dünyanı dəyiş Ya Rəbb. |
Müəllif: Valeh Duyğun