öLü xəyaLlarım
Duzlu göz yaşım qədər
Sevgi varmış gözlərimdən
Yanağıma süzülən..
Əzablıdır hər səhər
Dərdli gecələrimdən..
Əlim səndən üzülən
O acı gündən bəri
Ölü xəyallarım var
Gecə boyu düzülən..
Yox kimsənin xəbəri..
Dəyərliymiş tez ölən,
Elə xəyallar kimi..
Ayaqlarımdan çıxıb
Sənin qəlbinə gedən
Dağılan yollar ..
Ümidləri bir-bir yıxıb
Torpaq edən,
Boğazıma düyünlənmiş
Zərif titrək əllərindən
Çox qorxuram..
Mənəm gözlərində itən,
Qaranlıqdı, mən dərindən
Çox qorxuram..
Getmə, olmur axı dönən,
Yox, qorxuram.