Bir yoxla görüm sen öle bilirsenmi?

26 Eylül 2014
1 611
0
Bir yoxla görüm sen öle bilirsenmi?
Bir yoxla görüm sen öle bilirsenmi?


İşıq közәrirsә uzaqda bil ki,
Cırtdanın yoludu, dön qayıt geri.
Pulum da yoxdur ki, mәn gedim alım
Eni üçün dördә bir mәzar yeri.

Yәqin ki, bilirsәn nağılda heç vaxt
Yaxşılar ölmәyir, pislәrdi ölәn.
Yәqin ki, bilirsәn hәyatda heç vaxt,
Yaxşılar gülmәyir, pislәrdi gülәn.


Cәnnәti satan yox, pulsuzdu orda
Sevgilәr, sevinclәr, xoş münasibәt.
Cәhәnnәm ucuzdu, amma alan yox,
Bizәmi qalacaq bu istirahәt?

Qocalıb ölәndә sәn anlayırsan,
İnsanın nә dostu, nә düşmәni var.
Sevgili yarımdı sevgili ölüm,
Tәkcә mәni atmır bu sevgili yar.


Yaxşı ki, yazılmış bir neçә sözlә
Dәrdini azaldıb, bölә bilirsәn.
Yaşamaq pisdimi? deyә düşünsәn,
Bir yoxla görüm sәn ölә bilirsәn?

[Hacı Səfərov]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.