Bizim qız (satirik şeir)

21 Ekim 2014
2 115
0
Bizim qız (satirik şeir)
Bizim qız (satirik şeir)

"Düz qəddimi döndərdi mənim yaya bizim qız”,
Hey danlayıram eyləməyir haya bizim qız.

Tale ona bəxş etmiş əzəldən qara gözlər,
Göy rəngi çəkib, sanki olubdur yara gözlər,
Baxdıqda bilinmir ki, baxırlar hara gözlər,
Almır sözümü zərrə qədər saya bizim qız,
"Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Yoxdur köməyi, evdə də boşqab belə silmir,
Candan üzülüb bir dəfə ölmür ya dirilmir,
Dar yubka geyibdir, pilləkəndən düşə bilmir,
Hardan, necə girmiş belə yubkaya bizim qız?
"Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Boynun uzadıb şəst ilə dingildəyir hərdən,
Bilməm oxuyur, yoxsa ki, zingildəyir hərdən,
Cır səs çıxarıb eylə ki, cingildəyir hərdən,
Bir anda dönür sanki tramvaya bizim qız,
"Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Öz doğma balan hətta, olub yad, dəyişərmiş,
Allah, necə birdən-birə övlad dəyişərmiş?
Rəftarı cəhənnəm, demə sən ad dəyişərmiş,
Fəxrəndə idi, indi olub Faya bizim qız.
Bir daş o günə, gəldi bu dünyaya bizim qız,
"Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Müəllif: Satirik janrın ustadlarından olan Rüfət Əhmədzadə

http://shona.s.h.pic.centerblog.net/tb0ydc0z.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.