Görəsən?

31 Ekim 2014
4 973
0
Görəsən?
Görəsən?



Elə darıxmışam gülüşü üçün,
Bir dəfə gül desəm gülər görəsən?
Tək onu istəyir ürəyim mənim,
Desəm gəl yanıma, gələr görəsən?

Onsuz keçən günlər yetişmiş sona,
Nə qədər gözümə kədər, qəm qona,
Mənki bu qədər bağlıyam ona,
Axı mənim olsa ölər görəsən?

Gecələr xəyal tək yanıma gəlir,
Bir gözəl söz deyir, halım düzəlir,
Uzaqda olsa da, dərdimi bilir,
Bəs onsuz ağlasam, bilər görəsən?

Hərdən çıxartsamda onu özündən,
Doya bilməyirəm şirin sözündən,
Öpmək istəyirəm, desəm üzündən,
Məni həyatından silər görəsən?

Müəllifi: Nüsrət Kəsəmənli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.