Məni heçmi düşünmədin...?!

12 Aralık 2014
1 785
0
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!



Nə hiss etdin...?
Xəyanatin qucağına
Bir gecəlik atılarkən.
Var-dövlətə susayaraq,
"Göy"kağıza satılarkən.
"Adiləşmiş"qadınların
Sırasına qatılarkən.
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!

Nə hiss etdin...?
Nə hiss etdin,yad əlləri
Bədənində gəzdirəndə.
Namusunu ayaq altda
Tapdaq edib əzdirəndə.
...və nəhayət bu vəhşi hiss
Artıq səni bezdirəndə.
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!


Nə hiss etdin...?
Nə hiss etdin,yad nəfəsi
Nəfəsinə toxunanda.
Xəyanətin yamaq kimi
Taleyinə toxunanda.
Təsadüfən bir kanalda
O mahnımız oxunanda.
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!

Nə hiss etdin...?
Nə hiss etdin bir anlıq həzz
Səni səndən aparanda,
Ətəyindən çəkə-çəkə
Məni səndən qoparanda.
Xatirələr gözlərində,
Suluq verib qabaranda...
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!
Məni heçmi düşünmədin...?!

Nə hiss etdin...?
Tapdalanmış o vicdanın
Dillənəndə ağır-ağır.
Baxışların bir nöqtəyə
Zillənəndə fağır-fağır.
Utancından yanaqların
Allananda əvvəl-axır...
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!

Məni heçmi düşünmədin...?!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.