Nə hiss etdin

16 Aralık 2014
1 223
0
Nə hiss etdin
Nə hiss etdin

Nə hiss etdin?
Xəyanatin qucağına
Bir gecəlik atılarkən.
Var-dövlətə susayaraq,
"Göy"kağıza satılarkən.
"Adiləşmiş"qadınların
Sırasına qatılarkən.
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!


Nə hiss etdin

Nə hiss etdin bir anlıq həzz
Səni səndən aparanda,
Ətəyindən çəkə-çəkə
Məni səndən qoparanda.
Xatirələr gözlərində,
Suluq verib qabaranda...
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!


Nə hiss etdin

N
ə hiss etdin?
Tapdalanmış o vicdanın
Dillənəndə ağır-ağır.
Baxışların bir nöqtəyə
Zillənəndə fağır-fağır.
Utancından yanaqların
Allananda əvvəl-axır...
Az da olsa üşənmədin?
Məni heçmi düşünmədin...?!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.