Ayrılığı imzala, get...

05 Ocak 2015
1 103
0
Ayrılığı imzala, get...
Ayrılığı imzala, get...

Bu yol döngədə burulsa
Nə sağa dön, nə sola get.
Yoldu...
Yarıda qırılsa
Özün özünlə yola get.

Bir son payız, ya son bahar,
Ömür keçir...
nə fərqi var?
Nəyin varsa
Götür apar –
Ürəyimi parçala, get.

Cavab gəzmə, ömür – sual,
Halqasını boynuna sal...
Nisgilini qoynuna al...
Həsrətinlə qol-qola get.

Bir ürək var səni duyan...
Sarılmamış getmə, dayan...
Əlini qanına boya
Ayrılığı imzala,get.


Elçin Mirzəbəyli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.