Gombul oladilər

27 Ocak 2015
1 569
0
Gombul oladilər
Gombul oladilər

Tərkibi:

2 st. (500 q) un
3 yumurta
2 st. (200 ml) süd
1 çimdik duz



Hazırlanması:


Yumurtaları duzla çalın, südün bir hissəsini tökün, dayanmadan qarışdıraraq unu əlavə edin (lopa qalmasın).

Südün qalanını da əlavə edib qarışdırın.

Yanaşı yumru çökəkli xüsusi qabınız yoxdursa, keks (maffin) qablarını yağlayıb qızdırın, 2/3 hissəsinədək xəmir tökün.

Sobanı 230 dərəcə qızdırın. Oladiləri 15 dəqiqə bu temperaturda bişirin. Sonra dərəcəni 180-ə endirin, daha 20 dəqiqə bişirin.

Süfrəyə mürəbbə, şirin sous və ya kremlə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.