Gombul oladilər

28 Ocak 2015
1 964
0
Gombul oladilər
Gombul oladilər

Tərkibi:

2 st. (500 q) un
3 yumurta
2 st. (200 ml) süd
1 çimdik duz



Hazırlanması:


Yumurtaları duzla çalın, südün bir hissəsini tökün, dayanmadan qarışdıraraq unu əlavə edin (lopa qalmasın).

Südün qalanını da əlavə edib qarışdırın.

Yanaşı yumru çökəkli xüsusi qabınız yoxdursa, (maffin) qablarını yağlayıb qızdırın, 2/3 hissəsinədək xəmir tökün.

Sobanı 230 dərəcə qızdırın. Oladiləri 15 dəqiqə bu temperaturda bişirin. Sonra dərəcəni 180-ə endirin, daha 20 dəqiqə bişirin.

Süfrəyə mürəbbə, şirin sous və ya kremlə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.