Tiramisu (İtalyan mətbəxi)

18 Şubat 2015
3 447
0
Tiramisu  (İtalyan mətbəxi)
Tiramisu  (İtalyan mətbəxi)


Tərkibi:
4 yumurta
100 q şəkər tozu
500 q maskarpone pendiri
250 q savoyardi (təxminən 34 ədəd)
350 ml qəhvə (əriyən və ya bişirilmiş)
kakao
2-3 x.q. şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)

Krem üçün: Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.
Savoyardiləri (hazırlanma qaydası burada) soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.
Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.
Süfrəyə verərkən üzərinə çaysüzəndən istifadə edərək kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.