"Tia Maria" tortu
Feat.Az "Tia Maria" - "Mariya xala" tortunun hazırlanma qaydasını təqdim edir
Tərkibi (8 pay):
75 q un
30 q dənəvər qəhvə
3 yumurta
115 q şəkər tozu
1 limonun sedrası
iç:
175 q labne pendiri
1 x.q. bal
15 ml qəhvə likörü
50 q zəncəfil tozu
Sous:
225 q şəkər pudrası
1 x.q. su
2 x.q. şəkərsiz bişirilmiş qəhvə
Sobanı 190 dərəcə qızdırın.
20 m diametrli kənarı açılan formanın içini yağlayın.
Unla qəhvəni qarışdırın.
Yumurta ilə şəkər tozunu başqa qabda krem halına gələnədək mikserlə çalın. Unlu qarışığı az-az əlavə edib qarışdırın. Xəmiri formanın içinə tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişib-bişmədiyini diş və ya kibrit çöpüylə yoxlayın.
Şəbəkənin üzərində soyudun. Labne pendiri ilə balı qarışdırın. Likörlə zəncəfil əlavə edib yenə qarışdırın.Soyumuş biskviti eninə iki yerə bölün (2 korj alınacaq). Bir korjun üzərinə kremi çəkin. Digər korju üzərinə qoyun. Şəkər pudrası, su və şəkərsiz bişirilmiş qəhvəni qarışdırın. Tortun üzərinə çəkin. Tortun bir neçə saat soyuducuda saxlayın.
Nuş olsun!

milli.az