Alçalı piroq

18 Şubat 2015
1 150
0
Alçalı piroq
Alçalı piroq

Ərzaqlar
3 yumurta
1 stakan ərimiş margarin və ya kərəyağı
1 stakan süd
3 stakan un
2 qaşıq soda
2 stakan şəkər tozu
2 paket vanil
20-25 qurumuş alça
şəkər pudrası (üzərinə ələmək üçün)


Hazırlanması:
Yumurtaları şəkərlə birlikdə ağarıb köpüklənə qədər qarışdıraq. Əridib soyutduğumuz marqarinə südü əlavə edək və yarım dəqiqə daha qarışdıraq.
Una sodanı əlavə edək və mikserlə qarışdıraq. Tavanı marqarinlə yağlayıb bir az un səpək.
Xəmiri tavaya boşaldıb üzərinə qurumuş alçanı sıx aralıqlarla əlavə edək və qurumuş alçaları əlimizlə tavada yayaq
Tavanı alüminyum folqa ilə bağlayıb 190° dərəcədə isti sobada bişirək.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.