"Rafaello" Konfetlərinin Hazırlanması.

26 Şubat 2015
1 781
0
"Rafaello" Konfetlərinin Hazırlanması.
"Rafaello" Konfetlərinin Hazırlanması.

İstifadə edilən məmulatlar:
1 qutu (400 qr) qatılaşdırılmış şirin süd
150 qr kokos qırıntısı
3 xörək qaşığı kərə yağı
70 qr badam
1 paket şəkərli vanil


Hazırlanması:
Böyük qazana qatılaşdırılmıç südü boşaldın üzərinə kərə yağını əlavə edib qarıçdırın .Vam odun üstündə 15 dəqiqə müddətində fasiləsiz olaraq qarışdıra qarışdıra qaynadın.
Sonra qazana kokos qırıntılarının 1/3 hissəsini və vanil əlavə edin.
Bütün bu kütləni birlikdə yaxşıca qarışdırın.Bundan sonra qazanı odun üstündən götürun və təxminən 7-8 dəqiqəliyə soyumaq üçün kənara qoyun.
Soyuduqdan sonra bu kütlədən kiçik ölçüdə kürələr hazırlayın və bu kürənin ortasına badam yerləşdirin.Daha sonra bu kürəni qalan kokos qırıntilarının içərisində hərlədib kürəni bu qırıntılar ilə örtün.Hazır olduqdan sonra bərkimək üçün soyuducuya qoyun.Soyuducudan çıxartdıqdan sonra səliqə ilə gözəl boşqaba düzüb üstünə kokos qırıntıları səpin və süfrəyə verin
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.