Kəpənək Tortu

22 Mart 2015
7 278
0
Kəpənək Tortu
Kəpənək Tortu


Tərkibi:
Keksi üçün;
12 ədəd yumurta
370 qr toz şəkər (təxminən 5.5 qəhvə fincanı)
60 ml su
280 qr un (təxminən 5.5 qəhvə fincanı)
100 qr qarğıdalı nişastası

Hazırlanması:
Yumurta sarısını və ağını ayırın. Bir az duz ilə yumurta ağını qar halına gələnə qədər çırpın.
Başqa bir qabda yumurta sarılarını və şəkəri çırpın. Suyu əlavə edib qarışdırın.
Bir qabda un və qarğıdalı nişastasını qarışdırın və ələyin. Bu qarışığı yumurta sarısı olan qarışıqla birlikdə qarışdırın.
Yumurta ağını taxta qaşıq ilə bu qarışığa əlavə edib alt-üst edərək qarışdırın.
Yağlı kağız döşənmiş böyük yumru listə tökün. 170 dərəcədə bişirin.
Tövsiyə: Bir gün əvvəl bişirin.

Kremi ücün:
3 yumurta sarısı
1 litr süd
3 qaşıq un
2 qaşıq nişasta
1.5 stəkan şəkər
Bu vəsaiti bişirib soyudun. Daha sonra 1 kq. çiy kremi toz şantiylə çırpın və iki kremi qarışdırın.

Hazırlanması:
Keksi istədiyiniz şəkildə kəsin. (kartona kəpənək şəkli verib kəsə bilərsiniz)
Sonra keksi meyvə suyu ilə isladın.
Kremin təxminən yarısını içinə tökün. Arzuya görə meyvə, damla şokolad əlavə edin. Üst keksi yerləşdirdikdən sonra kremlə tortun üzərini örtün. Daha sonra kremlə üzərini bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.