Omletli toyuq ruleti resepti

05 Nisan 2015
2 729
0
Omletli toyuq ruleti resepti
Omletli toyuq ruleti resepti


Tərkibi:
omlet:
3 yumurta
100 q istənilən bərk pendir
100 q mayonez
1 x.q. mannı

iç:
300-350 q toyuq qiyməsi
2 iri soğan
duz
istiot

Hazırlanması:
Yumurta, mayonez, sürtgəcdən keçirilmiş pendir və mannını eynicinsli kütlə alınanadək qarışdırın. Mannının şişməsi üçün bir qədər saxlayın. Bu müddətdə iç hazırlayın.
Ətlə soğanın mütənasibliyini özünüz seçin. Orijinalda 500 q ətə 7 ortaboy soğan götürülüb.
Soğanı xırdalayıb şəffaf olana qədər bitki yağında qovurun.
Sonra blenderdə xırdalayın. Qiyməyə qatın, duz, istiot əlavə edib qarışdırın.
Siniyə perqament döşəyib bitki yağı ilə yağlayın.
Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada azacıq qızaranadək (qızılı rəng alanadək) bişirin.
Kağızdan çıxarın. İç döşəyib rulet kimi bükün.

Ruletin üzərinə folqa çəkin.
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Folqada da soyudun ki, ayrılan bütün şirəni rulet yenidən hopdursun.
Fal-fal doğrayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.