Ağ göbələklə tart

22 Eylül 2015
979
1
Ağ göbələklə tart
Ağ göbələklə tart

Tərkibi (6 pay):

xəmir:
200 q un
100 q kərə yağı
3-4 x.q. buz kimi su
1 çimdik duz və şəkər tozu

iç:
200-300 q ağ göbələk
1 baş soğan
1-2 diş sarımsaq
200 ml 33%-li qaymaq
1 yumurta
duz
istiot
1 çimdik kəklikotu qurusu


Blenderin qabına ələnmiş un, duz və şəkəri tökün. Kubik doğranmış soyuq kərə yağını əlavə edib iri ovuntuq alınanadək xırdalayın. Blenderi söndürmədən buz kimi su qatıb kündə halına gələnədək qarışdırın. Kündə tutub qida plyonkasına bükün, soyuducuda minimum 30 dəqiqə saxlayın (1 gecə saxlamaq da olar).

Soyumuş xəmiri iki perqament kağızı arasında 3-4 mm yayın, kənarı hündür olmayan formaya döşəyin, kənarlarını qaldırın. Çəngəllə bir neçə yerdən deşin. Yüklə 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin, sonra yükü götürüb daha 5-7 dəqiqə bişirin.

İç: Göbələyi doğrayıb kərə və bitki yağlarının qarışığında qızarınca qovurun. Qaba yığın.
Həmin yağda yarımhalqa doğranmış soğanları qızılı rəng alanadək qovurun. Xırda doğranmış sarımsaq əlavə edin. Yumurtanı qaymaqla çalın, duz-istiot vurun. Formadakı əsasın üzərinə soğanı, sonra göbələyi döşəyin, yumurta-qaymaq qarışığını üzərinə gəzdirin. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    paylawim ucun tewekkurler sevmediyim weylerdir terkibi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.