Kimçi salatı resepti

07 Nisan 2015
1 235
0
Kimçi salatı resepti
Kimçi salatı resepti

Tərkibi:
1 iri xiyar
1 yerkökü
0,5 baş soğan
göyərti

Sous üçün:
4 diş sarımsaq
0,5 st. acı istiot tozu
4 x.q. balıq sousu (Vuster)
1 x.q. şəkər tozu
1/4 st.+1 x.q. su
2 x.q. düyü sirkəsi
1 ç.q. duz
1 ç.q. küncüt yağı
1 ç.q. küncüt


Hazırlanması:
Xiyarı ortadan bölün, sonra uzunasına 4 (6) yerə doğrayın.
Yerkökünü nazik uzun doğrayın. Soğanı nazik yarımhalqa, göyərtini xırda doğrayın.
Tərəvəzləri iri, hermetik bağlanan qaba yığın.
Sous üçün bütün ərzağı qarışdırın.
Qabdakı tərəvəzin üstünə töküb yaxşıca qarışdırın.
Süfrəyə dərhal və ya ağzı kip bağlı qabda 2 saat saxladıqdan sonra verə bilərsiniz.


Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.