Alma ceminin hazırlanması

18 Nisan 2015
15 432
0
Alma ceminin hazırlanması
Alma ceminin hazırlanması


Alma cemi hər evdə sevilir və istifadə olunur.Özünəməxsus dadı və ətri ilə seçilən bu cemdən,müxtəlif şirniyyatların hazırlanmasında istifadə edilir.Hətta səhər yeməyində adi çörəyin üstünə yaxılmış cem də çayla sevə-sevə yeyilir.
Almadan cem hazırlanmasının çox üsulları var. Mənim deyəcəyim üsul daha rahat və əlverişlidir.

Cemi hazırlamaq üçün bizə lazımdır:

3 kq-alma
2 kq-şəkər tozu

Hazırlanması:Almalar yuyulur və dilimlənərək toxumdan təmizlənir.Qazana yığılır və vam odun üzərində arabir qarışdırılaraq bişirilir. Almalar yumşalınca odun üstündən düşürülür və bir qədər soyudulur.
Blendri olan blendrlə, olmayanlar sadəcə ət maşınından almaları keçirirərək püre halına gətirirlər. Aşsüzəndən də keçirmək olar.Şəkər tozu əlavə edilirvə qarışıdırılır.Sobaya sığan dərin bir qaba yığılır.200 dərəcə istilikdə 1 saat bişirilir.Hazır cemin rəngi almanın sortundan asılıdır. Açıq çəhrayı və qəhvəyi rəngdə ola bilər.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.