Suxarılı yay salatı

23 Haziran 2015
2 081
0
Suxarılı yay salatı
Suxarılı yay salatı

Tərkibi:

350 q toyuq filesi
2-3 pomidor
2-3 bolqar bibəri
2 təzə xiyar
80 q çovdar suxarisi
150 q bərk pendir
mayonez - zövqə görə
1 diş sarımsaq

Hazırlanması:

Toyuq ətini suda bişirin, xırda doğrayın (didə də bilərsiniz). Salat qabının dibinə döşəyin.
Pomidoru kubik və ya saman kimi doğraya bilərsiniz. Sarımsağın yarısını əzib bir qabda doğranmış pomidor və azacıq mayonezlə qarışdırın. Bu qarışığı toyuq ətinin üstündən döşəyin (əgər pomidorun suyu çox çıxıbsa, onu əvvəlcədən süzün).
Bolqar bibərini xırda doğrayın. Sarımsağın qalanını da əzib bibər və mayonezlə qarışdırın. Bunu pomidorların üstündən döşəyin.
Xiyarı kubik doğrayıb bibərin üstündən döşəyin. Sonuncu lay suxarılardır. Onun üzərinə nazik qat mayonez çəkin. Pendiri sürtgəcdən keçirib salatın üstünə səpin.
Salatı soyuducuda 1 saat saxlayın.


Suxarılı yay salatı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.