Şaxta baba salatı

17 Aralık 2016
4 788
0
Şaxta baba salatı
Şaxta baba salatı

Tərkibi:


1 toyuğun döş əti

300 qram təzə göbələk

200 qram bərk pendir

3 yumurta

1 baş soğan

300-500 qram mayonez

Bitki yağı

Qoz

Hazırlanması:

Toyuq ətini bişirin, soyudub kubik doğrayın. Soğanı çox xırda doğrayıb yağda qızardın. Xırda doğranmış göbələyi də əlavə edib hazır olanadək bişirin. Bişmiş yumurtaları və pendiri sürtgəcin iri gözündən keçirin.

Aralarına mayonez çəkməklə aşağıdakı qaydada siniyə düzün: toyuq + yumurta + göbələk + pendir + qoz.

Üzərini yumurta, qırmızı bibər və pomidorun köməyilə bəzəyib Şaxta babaya bənzədin.

Eyni tərifdən istifadə edib başqa salatlar da düzəltmək olar.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.