"Sırniki" peçenye

22 Temmuz 2015
2 263
0
"Sırniki" peçenye
"Sırniki" peçenye

Sizlərə hazırladığım sadə və dadlı, ağızda əriyən bir peçenye resepti yazıram.
Hazırlamaq üçün lazım olan ərzaqlar:
2 paçka yağsız kəsmik (400 qr)
250 qr. kərə yağı
1 st. şəkər tozu
2 ədəd yumurta
vanil, qabartma tozu
3-4 stəkan un

Hazırlanması:
Yumurta şəkərlə çalınır və əzilmiş kəsmik əlavə edilib qarışdırılır. Yumşaldılmış yağ da əlavə edilib yaxşıca qarışdırılır.
Vanil, qabartma tozu əlavə edilir, yavaş yavaş un tökülərək xəmir yoğrulur.
Xəmir ələ yapışantəhər olmalıdır (yəni çox yumşaq).
Xəmir 30-40 dəqiqəliyə soyuducuya qoyulur.
Sonra əldə yumrulanıb şəkər tozuna batırılıb sobanın qabına düzülür.
180 dərəcədə rəngi qızılı rəng olana qədər bişirilir.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.