Büzməli paxlava

31 Temmuz 2015
1 450
0
Büzməli paxlava
Büzməli paxlava

İçlik
Yumurta – 3 əd
Duru yağ – 0.5 st
Qatıq – 1.5 st
Alma sirkəsi – 1 x.q
Un – apardığı qədər
Qargıdalı nişastası – 500 q

İçi üçün:

Fındıq – 300 q
Şəkər tozu- 200 q

Üzəri üçün:

Kərə yağı -250 q
Şəkər tozu – 1 kq
Su – 4 st
Yarım limon suyu


Hazırlanması:

Paxlava Şərbəti hazırlamaq üçün limon suyu,şəkər tozunu ,suyu qazana töküb 15- 20 dəqiqə qaynadırıq.Xəmiri hazırlamaq üçün yumurtaları qaba qırıb üzərinə qatıqı və duru yağı apardığı qədər un əlavə edib yoğururuq. Hazır olan xəmiri 30 dəqiqə saxlayıb kündələyib nişasta səpib oxlovla açırıq. Oxlovla açdığımız yuxanın üzərinə fındıq və ya qoz ləpəsini səpib oxlovu yuxanın qırağından qoyub bükürük və əlimizlə oxlovun iki tərəfindən tutub ortaya doğru sıxırıq. Sıxaraq büzdüyümüz yuxanı oxlovun ucundan çıxarıb soba qabını yağlayıb qaba yerləşdiririk. Əritdiyimiz kərə yağını paxlavaların üzərinə gəzdirib 180 dərəcədə 25 -30 dəqiqə qızarana qədər bişiririk. Bişən paxlavanı soyudub doğrayıb üzərinə soyumuş olan şərbəti verib özünə çəkdikdən sonra qabdan çıxarırıq. Nuş olsun.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.