Lavaşdan hazırlanan pendirli çubuq

09 Ağustos 2015
3 351
0
Lavaşdan hazırlanan pendirli çubuq
Lavaşdan hazırlanan pendirli çubuq

İsti yay günlərində yüngül qidalar qəbul etmək çox faydalıdır. Yüngül və dadlı pendirli çubuqlar da belə yeməklərdəndir.

Lazım olan məhsullar:

- Lavaş – 1 əd.
- Krem pendir – 2 əd.
- Yumurta – 2 əd.
- Kərə yağı − 2 x.q.
- Sarımsaq − 2 diş
- Şüyüd − 5 qr.
Hazırlanması:

Krem pendir nazik zolaqlar şəklində doğranır. Yumurta yaxşı çalınır. Sarımsaq və şüyüd xırda şəkildə doğranır. Lavaş zolaq şəklində doğranır (uzunluğu 8-10 sm, eni 10-12 sm.) Sonra lavaşa uzununa iki zolaq pendir, biraz sarımsaq qoyulur, üstdən göyərti səpilir və səliqəli formada rulet şəklində bükülür. Alınan çubuqlar yumurtaya batırılır və kərə yağında qızılı rəng alana qədər hər iki tərəfi qızardılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.