Yumurtadan 4 dadlı resept

11 Ağustos 2015
1 881
0
Yumurtadan 4 dadlı resept
Yumurtadan 4 dadlı resept



Xanımların mətbəxtə ən çox istifadə etdikləri ərzaq yumurtadır.

Feat.az xarici mətbuata istinadən yumurtadan hazırlaya biləcəyiniz dadlı reseptlər təqdim edir:

1. «Qoqul-moqul»: 6 yumurtanı mikserlə möhkəm çal, üzərinə 250 qr. şəkər tozu, vanil və 1 litr süd töküb, qarışdırmağa davam edin. Qablara töküb, soyuducuya qoy. Bir neçə saat saxladıqdan sonra üzərinə darçın səpib, süfrəyə verin.

2. «Sərxoş» üzüm: ¼ stəkan kişmişin üzərinə 1 xörək qaşığı rom töküb, isladın. Kənarda bir qaba 2,5 stəkan «qoqul-moqul», 2 stəkan süd, ¼ çay qaşığı duz töküb qarışdır, üzərinə 0,5 stəkan uzun düyü əlavə edib, vam odda bişirin. Düyü bişdikdən sonra üzərinə romda isladılmış kişmişi töküb, soyumağa qoyun.

3. «İncə desert»: 1,5 stəkan qaymağı mikserdə çalıb, üzərinə 1/3 stəkan şəkər tozu qarışdırılmış yumurta tökün. Biskviti dördkünc formada doğrayın. Desert üçün olan qab götürüb, biskvitdən bir lay düzüb, üstünə qaymaqlı qarışıqdan töküb, üzərinə moruq qoyun. Prosesi iki dəfə təkrarladıqdan sonra desertin üstünə doğranmış badam səpib, soyuducuya qoyun.

4. Fransızsayağı tost: Sobanı 200 dərəcədə isidin. Tavanı yağlayıb,8 dilim ağ çörək qoyun. Üzərinə xırda doğranmış göyərti, alma, 1 xörək qaşığı kərə yağı töküb, üstünü çörək dilimi ilə örtün. Kənarda 2 stəkan «qoqul-moqul»u və 2 yumurtanı qarışdırıb, tostların üzərinə töküb, sobaya qoyun. 25 dəqiqə bişirdikdən sonra götürün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.