Zərif şarlotka

19 Ağustos 2015
1 242
0
Zərif şarlotka
Zərif şarlotka

Tərkibi:

1 ağ boyat baton
4 turşaşirin alma
3 yumurta
400 ml süd
6 x.q. şəkər tozu
0,5 ç.q. darçın
50 q kərə yağı


Yumurtaların ağını sarısından ayırın.
Yumurta ağlarını möhkəm çalın.
Yumurta sarılarını süd, şəkər tozu və darçınla çalın. Çalınmış yumurta ağlarını əlavə edib, qarışdırın.
Çörəyi nazik dilimləyin. Almaları yuyub cecəsini çıxarın, onları da dilimləyin (fal-fal).
Formanı yağlayın, yumurta qarışığından bir qədər içinə tökün.
Sonra alma ilə çörək dilimlərini növbələyərək düzün (qab tam dolmalıdır).
Yumurta qarışığının qalanını üzərinə tökün. 10 dəqiqə saxlayın.
180-200 dərəcədə 45 dəqiqə bişirin. Hazır olandan 10 dəqiqə qabaq üzərinə kərə yağı dilimləri qoyun.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.