Acarsayağı xaçapuri (foto-resept)

13 Kasım 2015
1 900
1
Acarsayağı xaçapuri (foto-resept)
Acarsayağı xaçapuri (foto-resept)

Tərkibi: (10 nəfərlik pay üçün)

1 kq un
250-300 ml su və ya süd
15 qr quru maya

İçlik üçün:

1kq təzə pendir
10 ədəd yumurta
200 qr kərə yağı (10 yerə bölün)


Hazırlanması:

Mayanı isti südlə (suyla), şəkərlə birlikdə qarışdırıb isti bir yerdə 30 dəqiqə saxlayın. Xəmir yoğurun,onun gəlməsi üçün 1,5 saat gözləyin.

Sonra xəmiri 10 eyni ölçülü hissələrə bölün. Oval formasında yuxa şəklində yayın. Yuxanın qalınlığı 1 sm-dən nazik olmamalıdır.

Yaydığınız yuxaların kənarlarından qatlayaraq gəmi formasına bənzər quruluş verin.Yağlanmış listlərin içinə qoyub, yuxaların orta boş hissəsinə pendirləri sürtkəcdən keçirərək səpin. Pendir əriyənə və xəmir qızılı rəng alana qədər 220 dərəcə temperaturda bişirin.

Acarsayağı xaçapuri (foto-resept)

Sonra sobadan çıxarıb üzərinə bir parça yağ və yumurta vurun. 5 dəqiqədən sonra yenidən sobaya qaytarın. Yumurtanın sarısı tam bişməməlidir. Sonda isti-isti Acarsayağı xaçapuriniz hazırdır.


Acarsayağı xaçapuri (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Bundan mama edir)
    -Hamıya tövsiyyə edirəm çox dadlıdır..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.