Közdə bişmiş badımcan salatı

24 Kasım 2015
1 415
0
Közdə bişmiş badımcan salatı
Közdə bişmiş badımcan salatı

Menyunuza rəng qatacaq badımcan salatını hazırlamaq elə də çətin deyil.

Tərkibi:

1 kilo badımcan
2 ədəd soğan
2-3 diş sarımsaq
2 dənə pomidor
1 limonun şirəsi
Yarım stəkan zeytun yağı
Duz
Pul bibər
Cəfəri

Hazırlanması:

Badımcanı közdə, bu imkan yoxdursa, yağlayıb sobada qabığı yanana kimi bişirin. Sonra soyub xırda-xırda doğrayın. Pomidor və soğanı da doğrayıb badımcanla qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş sarımsağı da əlavə edin. Daha sonra yağ, duz, pul bibər və limon şirəsi töküb qarışdırın. Salatın üzərini cəfəri ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.