Qayğanaqlı salat

27 Kasım 2015
1 223
0
Qayğanaqlı salat
Qayğanaqlı salat


Tərkibi:

500 q toyuq filesi
7 yumurta
200 q soğan
duz
mayonez
bitki yağı
1 banka qarğıdalı konservi


Hazırlanması:

Toyuq filesini suda bişirin (qaynara düşəndən sonra 20 dəqiqə bişirin).

(Soğan sevməyənlər onu reseptdən çıxara bilərlər).

Soğanı xırda doğrayıb, üzərinə qaynar su töküb 10 dəqiqə saxlayın, süzüb soyuq su ilə yuyun.

Toyuq bişən müddətdə qayğanaqları da bişirin. Hər yumurtanı ayrılıqda qaba qırın, duz-istiot vurun, çalın. Bitki yağını tavada qızdırın, yumurtanı töküb hər iki üzünü qızardın. (Hər yumurtanı ayrılıqda bişirin). 7 qayğanağı üst-üstə yığıb 4 yerə bölün, sonra saman kimi doğrayın.

Bişib soyumuş fileni xırda doğrayın, yumurta, soğan, süzülmüş qarğıdalı konservi, duz, mayonezlə qarışdırın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.