Kartof və göbələklə balıq zapekankası

26 Kasım 2015
1 124
1
Kartof və göbələklə balıq zapekankası
Kartof və göbələklə balıq zapekankası


Tərkibi:

1 kq kartof
4 yumurta
200 q şampinyon
700 q balıq filesi
bitki yağı

sous:

1 yumurta
150 ml süd
100 q bərk pendir (emmental, masdaam)
duz
qara istiot
cəfəri

Hazırlanma:
Kartofu tərtəmiz yuyub qabıqlı bişirin. Təmizləyib fal-fal doğrayın.

Yumurtaları suda bişirin, təmizləyib fal-fal doğrayın.

Şampinyonları doğrayıb bitki yağında yüngül qızardın. Kağız salfetin üzərinə düzün.

Balıq filesini yuyun, qurudun, xırda doğrayın.

Formanı bitki yağıyla yağlayın. Sobanı 180 dərəcə qızdırın. Lay-lay kartof, yumurta, balıq və göbələyi düzün.

Sous: yumurtanı süd, duz, istiot, sürtgəcdən keçirilmiş pendir və doğranmış göyərti ilə çalın, göbələyin üzərindən tökün.
Sobada 35 dəqiqə bişirin.

Nuş olsun!


Kartof və göbələklə balıq zapekankası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    ...-Buyurun-...
    -Çox dadlıdı)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.