Qırmızı bibər dolması

25 Kasım 2015
1 654
1
Qırmızı bibər dolması
Qırmızı bibər dolması


Qırmızı bibər dolmasıTərkibi:Qırmızı bibər dolması
2 dənə kök,
6 dənə qırmızı bibər,
4 dənə incə badımcan,
2 dənə yaşıl soğan,
Duru yağ,
Duz,

Qırmızı bibər dolmasıHazırlanması:Qırmızı bibər dolması
Badımcanları gözəlcə yuyun.
Qabıqlarını alacalı soyun.
Sonra küp-küp doğrayın.
Kökləri də soyub yuyun.
Onları da küp-küp doğrayın.
Bir tavaya duru yağ qoyun.
Yağın qızmasını gözləyin.
Kök və badımcanları yağın içinə qoyub qızardın.
Qızartdığınız kök və badımcanları geniş bir tavaya alıb üzərinə duz səpin.
Qırmızı bibərləri fırın torbasına qoyub üzərini bir-iki yerdən çəngəllə deşib fırına verin.
Bibərlər belə olanda asan soyula bilir.
Hər iki tərəfini közləyin.
Közlənən bibərləri bir siniyə alın və soyumağa qoyun.
Soyuyan bibərləri diqqətli bir şəkildə soyun.
Soyulan bibərləri uzununa kəsin.
Yaşıl soğanın yarpaqlarını kəsin.
Soğanın ağ hissəsini incə şəkildə doğrayın və badımcanın içinə qatın.
Kəsilən bibərlərin uc hissəsinə hazırladığınız qızartmadan qoyub bükün.
Bükülən bibərləri yaşıl soğan yarpağı ilə bağlayın.
Sarıdığınız bibərləri servis tabağına düzərək servis edə bilərsiniz.
İstəyə görə yanına sarımsaqlı qatıq qoya bilərsiniz.
Qızartmanın içinə çəkilmiş qoz da qoya bilərsiniz.

Qırmızı bibər dolmasıNuş olsun!Qırmızı bibər dolması
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    .........-BUyurun-.........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.