Yumurtadan fərqli səhər yeməyi hazırlayın - RESEPTLƏR
Qıymalı yumurta resepti
Ərzaqlar:
- 3 ədəd yumurta
- 150 qr qıyma
- 3 dənə yaşıl və ya qırmızı bibər
- Duz, istiot
- 1 dənə pomidor
Hazırlanması:
Qıymalı yumurta hazırlamaq üçün əvvəlcə qıymanı qovurun. Sonra üzərinə xırda doğradığınız bibərləri əlavə edin. Bibər yumşaldıqdan sonra pomidoru tökün və bişirin. Son olaraq ədviyyatları qatın.
Soğan içi yumurta resepti
Ərzaqlar:
- Yumurta
- Soğan
- 2 xörək qaşığı kərə yağı
- Duz və qırmızı pul bibər
Hazırlanması:
Soğanın qabığını doğrayın və xırda-xırda dilimləyin. Sonra tavanın içərisində kərə yağını əridib, dilimlədiyiniz soğan halqalarını əlavə edin, 3 dəqiqə qovurun. Daha sonra yumurtanı soğan halqasının üzərinə tökün. Tavanın qapağını bağlayın və az odda bişirin.
Bibər içi yumurta resepti
Ərzaqlar:
- 1 ədəd yumurta
- 1 ədəd sarı bibər
- 2 yemək qaşığı kərə yağı
Hazırlanması:
Bibəri yuyub 5 mm ölçülərində doğrayın. Sonra kərə yağı olan tavanın içərisində qovurun, əzməməyə çalışın. Bibər yüngül yumşaldıqda içinə yumurtanı qırın və qapağını bağlayaraq bişirin.
Pendirli yumurta resepti
Ərzaqlar:
- 2 ədəd yumurta
- 3 xörək qaşığı qaymaqlı pendir
- Az miqdarda kərə yağı
- Qırmızı pul bibər və qara bibər
Hazırlanması:
Tavada yağı əridin. Sonra pendir və ədviyyatları əlavə edin və üzərinə yumurtanı qırın. Hazırdır.
Qovurmalı yumurta resepti
Ərzaqlar:
- 2 ədəd yumurta
- 30 qr qovrulmuş quşbaşı ət
- Az miqdarda kərə yağı
- Kəklikotu, qırmızı pul bibər və duz
Hazırlanması:
Kərə yağını tavada əridin. Sonra içinə qovrulmuş əti də əlavə edərək tavanın orta hissəsində bir boşluq açın. Həmin boşluqlara yumurtaları qırın və bişirin.
Nuş olsun!
lent.az