Axşam yeməyi üçün ləzzətli RESEPT

28 Eylül 2016
4 647
0
Axşam yeməyi üçün ləzzətli RESEPT
Axşam nə bişirəcəyinizə hələ qərar verməmisinizsə, bu işdə sizə kömək edə bilərik. "Bu gün nə bişirəcəm?" deyənlərə Feat.Az ləzzətli resept təqdim edir.

Qiyməli makaron

Tərkibindəkilər:

500 qram makaron
300 qram yağsız dana qiyməsi
1 ədəd orta böyüklükdə soğan
1 ədəd pomidor
3 ədəd yaşıl bibər
1 çay qaşığı tamat
1 çay qaşığı bibər tamatı
50 qram yağ
Duz
İstiot
Qırmızı bibər

Hazırlanması:

Qazana bir az su öküb qaynadın. Daha sonra həmin suya 1 xörək qaşığı yağ və duz əlavə edərək makaronları töküb, 15 dəqiqə qaynadın. 15 dəqiqədən sonra makaronların birini götürüb bişib-bişmədiyinə baxın. Bişibsə, aşsüzənə tökün və üstünə soyuq su əlavə edin. O da süzüldükdən sonra boşqaba 1 xörək qaşığı ərimiş yağ əlavə edib makaronları da töküb qarışdırın.

Kənarda soğanı nazik-nazik doğrayıb tavada yağda qızardın, üzərinə pomidor və bibər tamatını əlavə edin. Daha sonra qabığı soyulmuş xırda doğranmış pomidoru əlavə edərək qovurun. Sonra qiyməni tökün. Qiyməni yaxşı qovurduqdan sonra duz, istiot və qırmızı pul bibər əlavə edin. Hazır olana yaxın yaşıl bibəri xırda doğrayaraq tökün. Qiyməni makaronuun üstünə töküb süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.