Pomidor - yumurta Ehtirası Artırır

07 Şubat 2017
2 447
0
Pomidor - yumurta Ehtirası Artırır
Subay və ailəsindən ayrı yaşayan kişilərin əsas dərdi - yemək bişirməkdir.

Axşam işdən evə qayıdanda qarşında bir qab isti yemək görməkdən daha böyük xoşbəxlik varmı, görəsən?! Amma, əziz kişilər, siz sultanlığınızı uzun müddət davam etdirmək fikrindəsinizsə, bu mövzuda narahat olmağa dəyməz.

Feat.Az ailəsi mütəmadi olaraq sizinlə asan hazırlaya biləcəyiniz yemək reseptlərini paylaşmağa çalışacaq.
Elə bu dəfə də sizinlə reseptini bölüşmək istədiyimiz yemək- pomidor yumurta olduqca asan hazırlanan və tez başa gələn yeməklərdən hesab edilir. Onu bişirməyə başlamazdan əvvəl istifadə edəcəyimiz ərzaqların əhəmiyyətindən danışaq. Bilirsiniz ki, pomidor, bibər və xiyar ən çox ehtiras yaradan tərəvəzlərdən hesab edilir? Xəbəriniz olsun ki, pomidor yalnız vücudunuzda qanı artırmır, eyni zamanda cinsi istəyinizi də artırır.

İndi isə bu dadlı yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlara diqqət yetirək:

2 ədəd pomidor;
2 ədəd bolqar bibəri;
1 ədəd iri soğan;
3 ədəd yumurta;
Yağ, duz, istiot.

İndi isə yeməyimizi hazırlaya bilərik

Əvvəlcə soğanı soyub, xırda-xırda doğrayıb qızardırıq. O qızardığı vaxt pomidorları və bibərləri doğrayır, qızardıqdan sonra isə bibəri yağ soğana əlavə edirik. Bibərlər bişdikdən sonra pomidorları bu qarışığa qatırıq. Pomidorla soğan yaxşıca bişdiyi vaxt ayrı qabda yumurtaları çalıb, ona duz istiot tökərək yaxşıca qarışdırırıq. Pomidor bişdikdən sonra isə onun üzərinə əlavə edirik. 10-15 dəqiqə gözləyirik və budur yeməyimiz hazırdır.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)
10:00
490

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ